Əlaqə Arxiv
news Image
2015.10.19
19:30
| A A A
Avropada çox populyar olan “Loukost” avtobusları İspaniyada da fəaliyyət göstərəcək

Avropada çox populyar olan "Loukost" avtobusları İspaniyaya da fəaliyyət göstərəcək. Noyabrdan başlayaraq "FlixBus" şirkəti İspaniya ilə Mərkəzi Avropa ölkələri arasında 5 avroluq biletlər satacaq. Alman şirkəti avtobuslarında pulsuz wifi və yüksək komfortlu oturacaqlar təklif edir.

Dörd il əvvəl Münhendə yaradılmış şirkət əvvəllər əsasən, Fransa və İtaliya ərazisində fəaliyyət göstərirdi. Lakin artıq 20 mindən çox avtobusla 400-dən çox şəhərə səyahət etmək mümkündür.

Şirkətin rəhbərliyi bu addımı "Bla-Bla car" mobil əlavələrinə rəqib olaraq yaradılıb. Həmin əlavələrə görə, əvvəldən qeydiyyata düşmüş avtomobil sahibləri hər səfərlərində eyni istiqamətdə hərəkət etmək istəyən sərnişinlərə uyğun təkliflər göndərir.

Diqqətə çatdıraq ki, Avropanın digər ölkələrindən fərqli olaraq İspaniyada uzaq məsafələrə səfər edən ictimai nəqliyyat nisbətən bahadır. Bu bahalıq həm avtobus, həm də sürətli qatarlarda özünü göstərir.


Sizin Reklam Yeriniz