Əlaqə Arxiv
news Image
2015.10.25
11:00
| A A A
Aya “uçan” qol saatı hərracda 1,6 milyon dollara satılıb

İnsanların Aya dördüncü enişi zamanı astronavtların birinin qolunda olan saat ABŞ-da keçirilən hərracda 1,6 milyon dollardan baha satılıb.


Movqe.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, "RRAuction" satış evinin nümayəndəsi 12 dəqiqə davam edən intensiv alverdən sonra saatın floridalı biznesmen tərəfindən alındığını bildirib. ABŞ-da istehsal edilən "Bulova" saatı 1971-ci ildə Ay səthinə enən "Apollo-15" kosmik gəmisinin komandiri Devid Skottun biləyində olub.


"İndiyə qədər Ayın səthinə enən bütün astronavtlar NASA-nın təchiz etdiyi və ABŞ hökumətinin mülkiyyətində olan "Omega" markalı standart xronoqraflardan istifadə ediblər. Missiya zamanı "Omega" xronoqrafının siferblatındakı şüşənin sınıq olduğunu görən Skott bundan sonra öz şəxsi saatını taxmağa məcbur olub", - satış evinin məlumatında belə deyilir.


"Apollo-15" kosmik gəmisinin missiyası 1971-ci il iyulun 26-dan avqustun 7-dək davam etmişdi. Missiya çərçivəsində amerikalı astronavtlar Devid Skott və Ceyms İrvin ayda demək olar ki, üç sutka qalmışdılar.


Sizin Reklam Yeriniz