news Image
2012.10.19
15:28
| A A A
Günəşi heç belə görmüşdünüz?
Movqe.Az bildirir ki, NASA-nın Günəş Dinamika Rəsədxanasının (SDO) raketi xüsusi bir filtr istifadə edərək ulduzun fırtınalı səthinin bənzərsiz gözəllikdə görünüşlərini əldə edib.

ABŞ-ın Meriland əyalətindəki NASA Goddard Kosmos Uçuş Mərkəzindən verilən məlumata görə, Günəşin səthi və nəhəng partlayışları "gradyan filtri" adı verilən üsulla yazılır. "Gradyan (aşağı, həm də, dəyişmə ölçüsü) filtri", ulduzun dövrlərini dəqiq və təsir edici bir şəkildə ortaya çıxmasına kömək edir. Filtr, səthin sanki "yosun" kimi görünməsini təmin edir və rənglərin ovsunlayıcı rəqsini ortaya çıxarır. Görünüşlərdə vaxtaşırı meydana gələn şiddətli partlayışlar da diqqət çəkir. Elm insanları, "gradyan" texnikası sayəsində çəkilən fotoşəkillərə çox daha fərqli bucaqlardan baxa bilirlər. Fotoşəkillərdə görülə bilməyən detallara bu üsulla nail ola bilirlər.

SDO-nun əldə etdiyi məlumatlar nəticəində, elm insanları günəşin hərəkətlərini və dünyaya olan təsirlərini daha yaxşı anlamağa çalışırlar. 2010-cu ilin fevralında kosmosa atılan SDO raketinin 5 il ərzində NASA-nın günəş araşdırmalarında istifadə edilməsi planlaşdırılır.