Əlaqə Arxiv
news Image
2015.10.27
23:30
| A A A
Musiqi hər hansı xəstəliyi müalicə edə bilərmi?

Musiqinin insana terapiya təsiri göstərdiyi elmi araşdırmalarda dəfələrlə təsdiq olunub. Mütəxəssislərin proqnozlarına görə, yaxın illərdə həkimlərin yazdığı reseptlərə musiqi siyahısı da əlavə etməsi gözlənilən haldır. Memorial Sloan-Kettering Xərçəng Mərkəzində canlı musiqi ilə müalicə üsulları tətbiq olunub. Nəticədə, canlı musiqinin xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrdə stress və gərginliyi azaltdığı məlum olub.

Xəstələr musiqinin təsiri ilə bədənlərini ritmə uyğun hərəkət etdirərək beyinə daha çox siqnal göndərirlər. Bu zaman müvəqqəti də olsa, gündəlik stressdən uzaqlaşır və ancaq musiqinin ahənginə qapılırlar.

Başqa araşdırmanın nəticələrinə görə, musiqi parkinson xəstəliyindən əziyyət çəkən insanlara son dərəcə yaxşı təsir edir.

Gələcəkdə alimlər hansı xəstəliyə hansı növ musiqinin yaxşı təsir etdiyini araşdıracaqlar.

Sizin Reklam Yeriniz