news Image
2012.10.22
17:38
| A A A
"Surface" tabletlərinə böyük tələb olub

Movqe.az xəbər verir ki, proqram nəhəngi sayılan "Microsoft"un "Windows 8" əməliyyat sistemini istifadə edən yeni "Surface" tabletləri hələ satışa çıxmadan istifadəçiər tərəfindən böyük maraq görüb. ABŞ, Almaniya, Fransa kimi ölkələrdə ilkin sifariş edilən və qısa müddətdə tükənən "Surface"ların 32 GB klaviaturası olan ən ucuz modelinə maraq daha böyük olub. Təkcə ABŞ daxilində ilkin sifariş edilə bilən 32 və 64 GB yaddaşlı klaviaturalı modellər bir neçə gün müddətində tükənib. "Surface"ların 26 oktyabrda "windows 8" ilə birlikdə istifadəçilərə təqdim ediləcəyi güman edilir.