7 yaşlı Motsart - VİDEO
Alma 7 yaşında ilk operasını bəstələyib.
Movqe.Az bildirir ki, Alma Deuçer 7 yaşında
sevimli bir ingilis qızıdır. Onu yaşıdlarından fərqləndirən cəhət
pianino və skripka çalmaq qabiliyyətinin olmasıdır. Dilçi ata və
alim ana, 2 yaşında olarkən notları öyrənən qızlarına üç yaçında
doğum günündə skripka hədiyyə ediblər. Alma da altı yaşında ilk
sonatasını yazıb.
Adətən uşaqlar operalardan sıxılır və qulaq asmırlar, ancaq Alma 7 yaşında ilk operasını bəstələyib. Özünü rahat hiss etdiyi zamanlarda ilhamın gəldiyini söyləyən Alma, yuxusunda Motsartın bir opera bəstələdiyini görüb. Oyanan zaman yuxusunda gördüyü operanın üzərində çalışıb və atası da qeyd edib. Mütəxəssislər Almanı bəstəkar Motsart ilə müqayisə edirlər. İnternet saytlarında görüntüləri böyük bir maraqla izlənən Almanın şöhrəti gündən-günə artır.