news Image
2012.10.23
16:49
| A A A
O, artıq Rusiyanın ən varlı şəxsidir
Movqe.az xəbər verir ki, Rusiyanın ən varlı insanı artıq Viktor Vekselberqdir . " TNK-BP"nin keçmiş səhmdarlarından Vekselberq dövlətə tabe neft və qaz şirkəti Rosneftin "TNK-BP"ni satın almqla əsas qazancına 1.5 milyard dollar əlavə edib. Vekselberqin sərvəti 18 milyard dollara yüksəlib.Rosneft səkkiz il davam edən çətin tərəfdaşlıqdan sonra "TNK-BP"nin "AAR" konsorsiumunun əlində olan 50 faiz hissəsini təxminən 55 milyard dollara satın alıb. Xatırladaq ki, AAR konsorsiumu Vekselberqin də daxil olduğu milyarderlər tərəfindən qurulub.