news Image
2012.10.24
16:19
| A A A
Ford fabrikini bağlayır
Movqe.Az bildirir ki, Amerika avtomobil istehsalçı şirkəti Ford Avropadakı zərərləri səbəbinə görə Belçikanın Genk şəhərində 4 min 300 işçinin olduğu fabrikini bağlamaq qərarına gəlib. ''İqtisadi böhranı qiymətləndirmə'' fikri ilə işçilərini və peşə nümayəndələrini bu səhər təcili yığıncağa çağıran fabrik rəhbərliyi, 2013 və ən gec 2014-cü ildə buradakı təsisin bağlanılaraq İspaniyaya köçürüləcəyini bildirib. Fordun "Mondeo", "S-Max" and "Galaxy" modellərini istehsal edən fabrik Avropa bazarındakı geriləmə səbəbiylə Genk fabrikini bağlayaraq ildə 500 milyon dollar qənaət edə biləcəyi ifadə edilir. Fordun Avropa bazarındakı avtomobil və yüngül ticari vasitə satışları keçən ilin eyni dövrünə görə bu ilin ilk 9 ayında 12 faiz enərək 739 minə çatıb və şirkətin bazar payı 8 faizdən 7.6  faizə enib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs