news Image
2012.10.29
16:10
| A A A
Niyə hamı sarışın olmaq istəyir?
Movqe.az xəbər verir ki, qadınların əksəriyyətinin nəyə görə sarışın olmaq istədiyi sualına cavab tapılıb. Kanadadakı "Quebec" Universitetində edilən bir araşdırma nəticəsində bu nəticə əldə olunub. 35 min il əvvəl ilk insanlar Afrikadan Avropaya köç etdiklərində belə bütün insanların qara saça sahib olduğunu təsbit edən alimlər sarı saç geninin 10-15 min il əvvəl şimal və şərqi Avropada ortaya çıxdığını ifadə edib. "Quebec" Universitetinin antropoloqu Pitr Frosta görə açıq rəngli saç daha çox seçilmək və fərqli görünmək məqsədilə edilən bir dəyişiklikdir.