Əlaqə Arxiv
news Image
2012.10.31
15:00
| A A A
Pulsuz musiqi yükləmə dövrü bitəcək
Movqe.Az xəbər verir ki, Çində internetdən pulsuz musiqi yükləmə dövrünün bitəcəyi bildirilir. Baydu, Tınqşun və Kuqou kimi böyük diametrli bir çox musiqi saytı gələn ildən etibarən ödənişli olacaq.

10 yüən ilə 15 yüən (təxminən 2-3 azn) arasında dəyişən aylıq üzvlük ödənişləri qarşılığında limitsiz musiqi yükləməyin mümkün olacağı bildirilib. Bu vəziyyətin ''Çin musiqi sənayesi baxımından bir inqilab'' olduğu vurğulanır. Çində pulsuz musiqi xidmətini təmin edən internet saytları, milli və xarici musiqi sənayesi tərəfindən əqli mülkiyyət hüquqlarına zidd olduğu səbəbiylə tənqid olunur. Baydu və Tınqşun kimi Çin qaynaqlı bir çox pulsuz musiqi saytına ölkə xaricindən giriş məhduddur.

Sizin Reklam Yeriniz