Əlaqə Arxiv
news Image
2012.11.01
19:23
| A A A
Enerji içkilərinə yaş limiti qoyulub

Movqe.az xəbər verir ki, Alman İstehlakçısını Qoruma mütəxəssisləri enerji içkilərinin 18 yaşından kiçiklərə satışının qadağan edilməsini tələb edib. Hamburq Əyaləti İstehlakçıları Qoruma Mərkəzindən edilən şərhdə ABŞ-da ölən gənclər arasında 14 yaşında bir uşağın da olduğu xatırladılaraq enerji içkilərinin uşaqlara və gənclərə  satılmaması istənilib.Bu vaxt ekspertlər yalnız bir dəfə istifadə edilməsi lazım olan qablardakı enerji içkilərinin isə tamamilə qadağan edilməsini istəyib. Federal Əyalət Nümayəndələr Palatası may ayında qastronomiya sektorunda və rəqs məkanlarında təqdim edilən enerji içkilərinin xüsusi olaraq etiketlənməsini nəzərdə tutan bir tənzimləməyə keçid vermiş və enerji içkilərində istifadə edilən kafenin, taurin, inosit və qlukonorolokdan maddələrinə maksimum dərəcədə doza təyin etmişdi.

Sizin Reklam Yeriniz