Əlaqə Arxiv
news Image
2012.11.05
15:38
| A A A
Mesaj gələndə göyə bax!
Movqe.az xəbər verir ki, Beynəlxalq Kosmos Stansiyasında davamlı olaraq bir heyətin işə başlamasının 12-ci ili şərəfinə NASA yeni bir tətbiqin muştuluğunu verib. Bu tətbiqi istifadə edənlər Kosmos bazasının yerini təyin edərək, onu eynilə bir ulduz kimi səmada görə biləcək. "Stansiyanın yerini təyin et" adı verilən bu tətbiq üçün qeydiyyatdan keçən insanlara kosmos bazasının göydə meydana çıxmağına qısa bir müddət  qalmış e-poçt və ya mobil mesajı göndərilərək xəbər veriləcək. Müəyyən vaxtlarda bazanın göydəki ən parlaq cisim kimi görüləcəyi bildirilir. NASA-nın Cohnson Kosmos Mərkəzi tərəfindən edilən hesablamalarına görə, kosmos bazası Yerdə 4600 yerdən həftədə bir neçə dəfə görülə biləcək.
Sizin Reklam Yeriniz