Əlaqə Arxiv
news Image
2018.11.05
13:00
| A A A
İntihara meyillisiniz?

Göyərti və meyvə-tərəvəz yeyən insanlar intihar haqda daha az düşünürlər. Belə bir nəticəyə yapon alimləri gəliblər. 

 

Alimlərə görə, bu cür asılılıq təbii mənşəli məhsullarda vitaminlərin bolluğu ilə əlaqədardır. Həmin vitaminlər insana depressiv vəziyyətlə mübarizə aparmağa kömək edir.

 

Alimlər 8 il ərzində 4 qrup üzərində müşahidə aparıblar. 1-ci qrup dəniz yosunlarına, 2-ci qrup meyvələrə, 3-cü qrup tərəvəzə üstünlük verib. 4-cü qrupunun bu məhsulların heç birinə meyli olmayıb.

 

Təhqiqat nəticəsində alimlər bu nəticəyə gəliblər ki, 1,2,3-cü qruplarda intihara meylilik 2 dəfə aşağıdır. Alimlər belə effekti bitkilərdəki C vitamini və Fol turşusu ilə izah ediblər. Bu komponentlər stress və depressiya ilə güclü mübarizə aparır.(big.az)

 

Sizin Reklam Yeriniz