Əlaqə Arxiv
news Image
2018.03.09
19:40
| A A A
Qoca balıqçı və pinqvin: inanılmaz sədaqət hekayəsi

"Onun sədaqəti və sevgisi məni riqqətə gətirir. Biz dostuq. Özü də əsl dost".

 

Braziliyanın Rio-de-Janeyro şəhərinin yaxınlığındakı kiçik balıqçı kəndində yaşayan 71 yaşlı Joao Pereyra de Souzanın kiçik, qanadlı dostu var. O, "Dindim" adlı pinqvindir.

Movqe.az milli.az-a istinadən bildirir ki, bənna olan və balıq tutmağı sevən de Souza 2011-ci ildə sahildə, qayalıqda yaralı pinqvini tapmışdı. Pinqvin mazutla örtülmüşdü və can verirdi.

 

Qoca balıqçı pinqvini evinə apardı, yudu, təmizlədi, yemlədi və quşu xilas etdi.

 

İki həftə sonra isə o, pinqvini dənizə buraxdı.

 

Cənubi Amerika Magellan pinqvini cinsindən olan bu heyvan üzüb okeana getdi.

 

Lakin bir il sonra o, qayıtdı.

 

Və o ildən bəri pinqvin hər sənə 8 min kilometr üzərək Rio-de-Janeyro sahillərinə yollanır, qoca balıqçını tapır, onunla "görüşür".

 

"Dindimi okeana buraxandan sonra onun qayıdacağını gözləmirdim. Amma Dindim qayıtdı. Hər il yanıma gəlir", - de Souza söyləyib.

Sizin Reklam Yeriniz