Əlaqə Arxiv
news Image
2016.05.02
09:00
| A A A
Qəbirdən tapılan skelet arxeoloqları şoka saldı +18 FOTO

Tayvandakı kütləvi qəbiristanlıqda yaşı 4800 ilə dayanan insan qalıqları aşkarlanıb. Ortaya çıxarılan nümunələr içərisində ən təsirlisi isə, uşağına sarılmış və başını aşağı əyərək uşağına baxan bir anan skeletidir.


Tayvanın Taichung bölgəsində, 2014-cü ilin mayında qəbiristanlıqda başladılan qazıntı işləri zamanı arxeoloqlar qeyri-adi mənzərə ilə qarşılaşıblar.

Sputnik.az bildirir ki, kütləvi məzarlığın altında tapılan 48 insan skeleti arasında gənc ana uşağına sarılmış halda aşkarlanıb.


Arxeoloqların araşdırmasına görə, bu tapıntının yaşı 4800 ildir. Tayvan Milli Muzeyinin səlahiyyətliləri tapılan nümunələri Tayvanda ən qədim insanlara aid sübutlar kimi dəyərləndirdiklərini açıqlayıblar. Ortaya çıxarılan nümunələr içərisində ən təsirlisi isə, uşağına sarılmış və başını aşağı əyərək uşağına baxan bir ana skeletidir.


Tayvan Milli Muzeyinin Təbiət Elmləri və Antropologiya Departamentinin kuratorlarından biri Chu Whei-Lee deyib: "Qazıntılar zamanı üzə çıxarılan ana və uşağın qalıqları bütün arxeoloqları və qazıntı işlərini aparanları şok edib. Çünki ana qolunda tutduğu uşağına baxan vəziyyətdə idi".


Qazıntılar zamanı üzə çıxarılan ana və uşağın qalıqları bütün arxeoloqları və qazıntı işlərini aparanları şok edib

Toplu məzarlıqda 2014-cü ilin mayında başlanan qazıntı işləri bir ilə yaxın sürüb. Qalıqların yaşını müəyyənləşdirmək üçün karbon testi həyata keçirilib. Bu qalıqlar arasında beş uşaq cəsədi də olub./bizimyolinfo/

Sizin Reklam Yeriniz