news Image
2016.05.12
11:19
| A A A
Həyat yoldaşı üçün etdiyi FƏDAKARLIQ hamını ağlatdı

İndiki dövrdə çətin ki, kimsə həyat yoldaşı üçün Bisütun dağını çapsın. Ancaq heç olmasa onlarla metr dərinliyi olan su quyusu qazana rast gəlmək olar. Hindistanın quraqlıqla mübarizə aparan Maharaştra ştatında bir kəndli həyat yoldaşının xatiri üçün həyətdə təkbaşına 5 metrlik quyu qazanıb.


Movqe.az  bildirir ki, kənddə yaşayan Bapurao Tacnenin həyat yoldaşı bulaqdan su götürmək istəyəndə, yuxarı kastanın nümayəndələri onu təhqir edərək, su hövzəsindən qovub. Bu hadisədən mütəəssir olan Tacne külüngü əlinə alıb və həyətdə təkbaşına artezian quyusu qazmağa başlayıb. 40 gün dəridən qabıqdan çıxan hindliyə təbiət də kömək olub. Quyudan çıxan içməli su təkcə tacne ailəsinin yox, kasta ayrıseçkiliyindən əziyyət çəkən qonşuların da ehtiyacını təmin edib.


Hindli sakinin qətiyyəti və əzmkarlığı ölkədə səs-küylə qarşılanıb. Onun haqqında eşidən ştat rəsmləri, kəndə gələrək Tacenin qazdığı quyuya öz gözləri ilə tamaşa edib./atv.az/


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs