news Image
2016.05.12
20:30
| A A A
Hamburgerlərdə siçovul hüceyrələri var - EHTİYATLI OLUN!

Hamburgerin zərərləri barədə çox danışmışıq. Amerika Birləşmiş Ştatlarının Klear Labs şirkətinin tədqiqatçıları bunu real faktlarla sübut edib. Onların üzə çıxardığı məlumatlar sizi də dəhşətə gətirəcək. Kaliforniya ştatında həm dükanlarda satılan dondurulmuş kotletlər, həm də hazır satılan hamburgerlərin tərkibini öyrənən alimlər müəyyən edib ki, onların tərkibində siçovul və insanın DNT hüceyrələri var.

Movqe.az bildirir ki, ümumiyyətlə, 258 çeşiddə məhsulları tədqiq edən alimlər onların 13,6 %-də problem aşkar edib. Düzdür, araşdırmalar zamanı məlum olub ki, məhsullardakı əcaib hüceyrələr onun tərkibinə bilərəkdən qatılmayıb. Yəni, hamburgerlər insan və ya siçovuldan hazırlanmır. Bu tip DNT hüceyrələri hamburgerlərin hazırlanması zamanı qidaya təsadüfən düşüb. Lakin alimlər bu kimi halların insan sağlamlığı üçün ciddi siqnal olduğunu bildirsədə də, əslində xoşagəlməz sürprizlərə başqa vəziyyətlərdə də rast gəlməyin mümkünlüyünü qeyd edir. 


Onlar nümunə olaraq, hər hansı kəsin saçının yeməyin içinə düşə biləcəyini qeyd edir. Elə bu faktın özü də bir insanın başqa şəxsin DNT hüceyrəsi ilə qidalanması deməkdir. Lakin acınacaqlısı budur ki, hamburgerlərin hazırlanmasında yad maddələrin qidaya düşməsi halı tez-tez baş verir. Odur ki, bu tez bişən qida barədə bir də düşünməyə dəyər!/atv.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs