news Image
2016.05.23
14:00
| A A A
Özü bərpa olunan izolyasiyalı yaradııldı - VİDEO

Elastik elektronika istehsalçılarının üzləşdiyi problemlərdən biri çoxlu sayda bükülmək qabiliyyətinə malik möhkəm və etibarlı izolyasiyalı materialların yaradılması ilə bağlıdır.


Movqe.az bildirir ki, Pensilvaniya Universitetinin alimləri  plastik kütlə əsasında özü bərpa olunan dielektrik material yaratmağa nail olublar. Tədqiqatın nəticəsi "Advanced Functional Materials" jurnalında dərc edilib.


"Gizmag" nəşri yazır ki, qeyri-adi material qrafeni xatırladan, amma elektrik keçirməyən nitrid borun nanoborularından ibarət örtüyə malik polimer nanokompozit material əsasında yaradılıb. Bu örtük materialı daha da möhkəm edərək onun istilik keçirmə xassəsini yaxşılaşdırıb.


Alimlər özü bərpa olunan material yaratmaqdan ötrü hidrogen əlaqələrin köməyi ilə nitrid borun nanoborularını birləşdiriblər Nəticədə material elektrostatik cazibə qüvvəsinin sayəsində özünü tamamilə bərpa edə bilir.


Materialın bərpa etmə qabiliyyəti son dərəcə heyrətləndiricidir. Belə ki, tədqiqat zamanı alim nümunə materialı qayçı ilə kəsir, sonra onu birləşdirərək 80 selsi dərəcəyədək qızdırır. 30 dəqiqə sonra material öz xüsusiyyətlərini tamamilə bərpa edir və möhkəmliklə bağlı sınaqdan uğurla keçir./milli.az/



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs