news Image
2016.05.25
21:00
| A A A
DİQQƏT: WhatsApp-da bu linkə daxil olsanız, başınıza bəla olacaq - FOTO

Dünyanın ən populyar mobil messenceri olan WhatsApp-da yeni virus yayılır. "WhatsApp Gold" tarifinə keçid elanı olan bu mətn messencerin istifadəçilərinə göndərilir.


Movqe.az bildirir ki, bu elan virus olduğundan, orada göstərilmiş linkə klikləyən istifadəçi mobil telefonundakı konfidensial, fərdi məlumatların istisnasız olaraq hamısından hakerlərin yararlanmasına şərait yaradır. Çünki klikləmədən sonra smartfona dərhal virus proqram yüklənir.

"WhatsApp Gold" tarifi yoxdur və onun istifadəyə verilməsi nəzərdə tutulmayıb. Bu səbəbdən də smartfonunuza belə elan gələrsə, oradakı linkə əsla klikləməyin./milli.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs