news Image
2016.05.27
10:50
| A A A
Bakıda qeyri-adi toy keçirildi - FOTOLAR
Bakıda maraqlı və fərqli toy baş tutub. Bu ay paytaxt restoranlarının birində ailə həyatı quran ‎Graeme və Vüsalə Vaughan qeyri-adi toy təşkil ediblər. Ənənəvi toy məclislərdən fərqlənən mərasimdə cütlük 1920-ci illərin ab-havasını yaradıblar.

Movqe.az big.az-a istinadən  bildirir ki, bu barədə lent.az-a danışan gəlin Vüsalə xanım deyib ki, fərqli toy etmək ideyası onun və həyat yoldaşının caza olan sevgisindən yaranıb: "Hər ikimiz cazı çox sevirik. Cazın da ən çox inkişaf etdiyi dövr 20-ci illərə təsadüf edir. Caza sevgimizdən belə qərara gəldik elə toyumuz da cazla zəngin və 20-ci illərin ab-havası, əhval-ruhiyyəsində olsun".

Vüsalə və Graemenin toyunda restoranın dizaynı və tərtibatından tutmuş, qonaqların geyimi və saç düzümləri 20-ci illərə uyğun təşkil edilib. Fərqli toyun xərci də çox olmayıb: "Dəvətnamədə dress-kod olduğunu qeyd etmişdik. Heç kim də buna etiraz etmədi. Gəlinliyi modelyer Zümrüd Mirzəliyeva xüsusi olaraq mənim üçün tikdi. Rəfiqələrimlə də birlikdə alış-veriş etdik, onların geyimini seçdik. Çox çətin olmadı, əsasən saç düzümü, aksessuarlar, ayaqqabılarla 20-ci illərin dəbini əks etdirməyə çalışdıq. Məkanı da özümüz bəzədik. Şəkil çəkdirmək üçün xüsusi guşə də yaradılmışdı. Sadəcə olaraq dekorasiyaya bir az pul xərclədik. Demək olar ki, adi toylarla sərf edilən pul qədər maliyyə xərclədik".

Cütlüyün toyunda da klassik musiqilər üstünlük təşkil edib. Məclisdə tanınmış müğənnilər Təranə Mahmudova, İlqar Xəyal, Fuad Əsədov, DJ İlqar Scay, saksafon ifaçısı İlham Nəcəfov çıxış ediblər. Toyu operator Oqtay Namazov lentə alıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs