news Image
2016.06.01
20:00
| A A A
İŞİD-in ən qoca terrorçusu odur

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı sıralarındakı ən qoca terrorçunun videosunu yayıb.

Movqe.az milli.az-a  istinadən bildirir ki, həmin şəxs Çinin şimal-qərbindəki Sıinzyan-Uyğur Muxtar Vilayətinin sakini, vaxtilə Türküstan olmuş məkanda doğulmuş 81 yaşlı uyğur Məhəmməd Əmindir.

Qoca Məhəmmədin dediyinə görə, oğlu da İŞİD-ə qoşulmuşdu: "O, Suriyada vuruşurdu. Günlərin birində oğlumun şəhid olmasının videosunu gördüm. Həmin videoya baxandan sonra qərara gəldim. Ailəmi də götürüb buraya, Suriyaya üz tutdum".

İraqın Fəllucə şəhəri üzərində nəzarəti itirməkdə olan İŞİD 81 yaşlı terrorçusunun videosunu təbliğat məqsədilə yayaraq sıralarındakı şəxslərin döyüş ruhunu yüksəltmək niyyətindədir.

"Qoca olsam da, döyüşürəm. Təlim düşərgəsinə getdim, orada sürünməyi, atəş açmağı öyrəndim. Amma məni döyüşlərə buraxmırlar. İndi "ribat"dayam, yəni ehtiyatdayam", - Məhəmməd Əmin deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs