news Image
2016.06.01
20:30
| A A A
Qorillanın öldürülməsi ölkəni ayağa qaldırdı, əslində... - VİDEO

Bir neçə gün əvvəl Amemrika Birləşmiş Ştatlarının Sinsinatti zooparkında baş vermiş hadisə ölkədə böyük səs-küyə səbəb olub.


Movqe.az  xəbər verir ki, 4 yaşlı uşağın qorillanın saxlandığı əraziyə yıxılmasından sonra öldürülən heyvanla bağlı ciddi müzakirələr aparılır. Əksər heyvan haqlarının müdafiə təşkilatları kadrları izlədikdən sonra gümüş belli qorillanın əslində, uşağı qorumağa çalışdığı qənaətinə gəliblər. 


Düzdür, nəsli kəsilmək üzərə olan gümüş belli qorillalar olduqca təhlükəli heyvanlar sırasına aiddir. Gəl ki, bu hadisə saytlar və sosial şəbəkələrdəki müzakirələr getdikcə daha iri miqyas alır. Heyvanların müdafiə təşkilatlarının başlatdığı kampaniya çərçivəsində 300 mindən artıq insan imza toplayaraq, meymunun öldürülməsinə görə zoopark rəhbərliyinin cəzalandırılmasını tələb ediblər.


Uşağın valideyni isə məsuliyyətsizliyinə görə məhkəmə qarşısında cavab verməlidir. Hadisənin baş verdiyi heyvanxananın rəhbəri bildirib ki, uşağın həyatı təhlükədə olduğu üçün bu addımı atmalı olublar. O qeyd edib ki, yenə oxşar hadisə yaşansa, bir daha eyni addımı atacaq./atv.az/




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs