news Image
2016.06.01
17:10
| A A A
Bakının qeyri-adi başdaşları - VİDEO

Novxanı kənd qəbirstanlığında bir neçə qəbir qeyri-adiliyi ilə seçilir. Dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbir daşlarında həkk olunub. Hətta elə qəbir var ki, mərhumun peşəsinə uyğun abidə qoyulub.


Movqe.az xəzərxəbər-ə istinadən xəbər verir ki, bir qəbir "Balami" ləqəbli mərhum Məmmədbağır Sadıqova məxsusdur. 1891-ci ildə doğulan Məmmədbağır Sadıqov 19 il sürücü məktəbinin müəllimi işləyib. 55 il əvvəl qoyulan bu abidə də məhz onun peşəsini xatırladır.


"Qozbel Tofiq" kimi tanınan mərhumun qəbir daşında mişar şəkli əks olunub.


Daraq və qayçını görən şəxs isə mərhumun vaxtilə bərbər olduğunu anlayır.


Hələ bu harasıdır. Çoban olduğu üçün başdaşına qoyunla rəsmini yerləşdirənlər də var.


Molla Seyidqulu Quliyevin sözlərinə görə, bu qəbirlər digərlərindən çox diqqət çəkir. Məhz bu səbəbdən də qəbiristanlığa ziyarətə gələnlər onların şəxsiyyətləri ilə maraqlanırlar. Bununla belə, bu ənənə artıq tarixə qovuşub. İndi insanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs