news Image
2016.06.07
23:00
| A A A
Ən məşhur döyüşçülərdən biri vəfat etdi - VİDEO - FOTO

Qarışıq və əlbəyaxa döyüş növləri idmanının dünyaca məşhur ulduzu Kimbo Slays vəfat edib.

Movqe.az TMZ-yə istinadən bildirir ki, 42 yaşlı idmançı ABŞ-ın Florida ştatındakı Koral-Sprinqs şəhərindəki klinikalardan birində keçinib.

O, dünən səhər klinikaya aparılmışdı.

"Bellator" qarışıq döyüş növləri assosiasiyasının (MMA) üzvü olan Kimbo Slays bu ilin mart ayında dopinq-testdən keçə bilməmişdi. Onun qanında anabolik steroidlərin qalıqları aşkarlanmışdı.

Həmin test 2016-cı ilin fevralında Hyustonda Kimbo Slaysla Dafir Harris arasındakı döyüşdən sonra keçirilmişdi. Slays Harrisi nokautla məğlub etsə də, dopinq-testin sonucları açıqlanandan sonra nəticə ləğv olunmuşdu.Əsl ad və soyadı Kevin Ferqüsson olan Kimbo Slays 1974-cü ildə Baham adalarının paytaxtı Nassau şəhərində anadan olmuşdu. 2007-cü ildə rəqibini 19 saniyəyə nokauta salan Kimbo MMA-də debüt etmişdi. Peşəkar karyerasında 6 döyüş keçirmiş Kimbo Slays bu qarşılaşmalardan 4-də qalib gəlib.

Kimbo Slays küçələrdə döyüşür, bunu videoya çəkir və YouTube-da paylaşırdı. Məhz həmin videoların sayəsində Kimbo o qədər məşhurlaşmışdı ki, onu MMA rəsmi döyüşlərə dəvət etdi.

Daha sonra o, UFC və "Bellator" assosiasiyalarının təşkil etdiyi matçlara da qatılmışdı.

2011-ci ildə superağır çəkidə çıxış etməyə başlamış K.Slays keçirdiyi 7 döyüşün hamısında qalib gəlmişdi.

K.Slays filmlərə də çəkilib. O, "Blood and Bone", "Spring Broke", "Locked Down", "Circle of Pain", "Merry Christmas, Drake & Josh", "The Scorpion King 3: Battle for Redemption" filmlərində rol almışdı.

Kimbo Slays MMA tarixində ən populyar döyüşçülərdən biri, internet sensasiyası idi.



 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs