news Image
2016.06.08
17:25
| A A A
Məhəmməd Əlinin dünya kinosuna bəxş etdiyi filmlər...

İyun ayının 4-də əfsanəvi boksçu Məhəmməd Əli dünyadan köçdü. Zamanında adı əfsanələşən, boksdakı uğurlarıyla yanaşı siyasi fikirləri ilə də insanların qəlbində taxt quran Məhəmməd Əlinin həyatına kinematoqrafçılar da biganə qalmayıblar. 


İndiyə kimi böyük boksçunun həyatından bəhs edən bir neçə ekran əsəri çəkilib. Bu filmlərin bəzilərində Məhəmməd Əli özü çəkilsə də, bəzi ekran əsərlərində Əli obrazını Hollivudun məşhur aktyorları canlandırıb. 


Movqe.az teleqraf.com-a  istinadən həmin filmləri təqdim edir. 


İlk film


1977-cı ildə  çəkilmiş "The Greatest" filmi məşhur boksçunun həyatını ekranlaşdıran ilk filmdir. Məhəmməd Əli, Ernest Borgnayn və Corc Marleyin baş rollarda oynadıqları film boksçunun daha çox idman həyatına işıq tutur. 

 

1979-cu ildə ekranlara çıxan "Freedom road" filmi isə Məhəmməd Əlini bir başqa aspektdən tamaşaçılara tanıtdı. "Xoşbəxtlik paylaşdıqca gerçək olur" ifadəsi ilə hafizələrdə yer alan filmdə Əli obrzını Gidon Cekson yaradır.  

 

Uğurlu film


Məhəmməd Əlinin həm siyasi, həm idman sahəsindəki fəaliyyətinə işıq salan, bəlkə də ən gözəl film məhz 2001-ci ildə ekranlara çıxan "Əli" filmidir. Məşhur aktyor Uil Smitin baş rol oynadığı filmdə Əlinin boks sahəsində qazandığı uğurlar, eləcə də məğlubiyyətləri, siyasi fəaliyyəti, Vyetnam müharibəsində iştirak etməkdən boyun qaçırması, Malkolm X.-lə yaxınlaşması və müsəlmanlığı qəbul etməsi kimi vacib məqamlara toxunulub. 

 

Film Uil Simitə də böyük uğur gətirdi. Hollivud aktyoru məhz bur rolla ilk dəfə Oskar mükafatına namizəd olub. Smit boksçunun vəfatı günündə sosial şəbəkədə bu sözləri yazmışdı: "Ağıllı müəllimim, dostum. Həyatımı dəyişdirdin. Hüzur içində uyu". 

 

Rəqibləri danışır


"Facing Ali" adlı sənədli film digər ekran əsərlərinə nisbətən boksçunun simasını daha fərqli biçimdə təqdim edir. 


2009-cu ildə istehsal olunan bu sənədli filmdə Məhəmməd Əli rəqiblərinin gözündən tanınır. Corc Çuvalo, Henri Kuper, Corc Foreman kimi idmançıların yer aldığı filmin rejissoru Pit Makkormakdır.  


Klar Livisin ssenarisini yazıb, rejissorluğunu etdiyi bir başqa sənədli film "I am Ali" adlanır. Film boksçu haqda çəkilən ən dəqiq və detallarla zəngin sənədli filmdir. Filmdə Əlinin ən gənc yaşlarından tutmuş günümüzə qədərki fotoları təqdim olunur. 


Bununla yanaşı filmdə vaxtilə məşqlər zamanı çəkilmiş ağ-qara formatda video və müsahibələr də var. 

 


 




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs