Əlaqə Arxiv
news Image
2016.06.21
18:00
| A A A
"Canlı Barbie" Türkiyədə: "Əməliyyat masasına uzanmaq məni xoşbəxt edir" - FOTOLAR
Cizgi film obrazı Cessika Rebbitə bənzəmək üçün bu günə kimi 17 dəfə plastik əməliyyat etdirən Piksi Foks Türkiyədədir.
Movqe.az big.az-a istinadən xəbər verir ki, 26 yaşlı model türkiyəli jurnalistin suallarını cavablandırıb. 
O, müsahibəsində bədənini sənət əsərinə çevirməkdə məqsədinin pul qazanmaq olduğunu deyib:
"Psixologiyamın normal olduğuna inanıram. Daha öncə başqa işlərdə işləmişəm. Amma alınmayıb. İndi bədənimi sənət əsərinə çevirirəm. Bu sənət əsərini dünyanın bir çox ölkəsində nümayiş etdirərək pul qazanıram".

Piksi əməliyyat etdirməkdən zövq aldığını etiraf edib: 
"Bu mənim üçün böyük həyəcan deməkdir. Məsələn, hansısa istirahət mərkəzinə getməklə əməliyyat etdirmək arasında seçim etməli olsam, ikincini seçərəm. Əməliyyat masasına uzanmaq məni xoşbəxt edir. Ölməkdən qorxmuram".

Piksi ən böyük probleminin isə bədəninə uyğun geyim tapmamaq olduğunu vurğulayıb. Model estetik əməliyyat həvəskarı sevgili tapmaqda da çətinlik çəkir. 
"Botoks etdirən və üz dərisi qüsursuz olan bir adamla tanış olmaq istəyərdim", deyən Piksi bu gün İstanbulda 18-ci əməliyyatını etdirəcək. 

Xatırladaq ki, Piksi bu günə kimi əməliyyatlara ümumilikdə, 145 bin dollar xərcləyib.








Sizin Reklam Yeriniz