news Image
2016.06.29
20:30
| A A A
DİQQƏT! Satışda saxta dəniz məhsulları var- FOTO

Dünyada elə məhsul yoxdur ki, onun saxtası olmasın. Geyimdən tutmuş, qidalara qədər hər bir məhsul saxtalaşdırılır. Bunun da əsas səbəbi əmək sərf etmədən daha böyük pullar qazanmaq arzusudur. Ən böyük, tanınmış supermarketlərin vitirinlərini yaxşı qablaşdırılmız və etiketlənmiş şəkildə saxta məhsullar bəzəyir.


Movqe.az publika.az-a istinadən bildirir ki, bu gün marketlərdə saxtalaşdırılmış dəniz məhsulları daha çoxdur. Xüsusilə onayaqlı dəniz xərçəngi (krab) və xırda dəniz xərçəngi (krevet) saxtalaşdırılan məhsullar arasında birinci yerdədir.

 

Məsələn, qablaşdırılmış qutularda krab çubuqları, əslində, rənglənmiş balıq qiyməsidir. Yəni marketlərdə satılan krab çöplərinin hazırlanmasında bir krab da "xəsarət" almayıb.

 

Bundan əlavə Çin sənayesində "elit sinfə" aid olan ucuz krevetlər istehsal edilir. Ucuz krevetlərə Norveç kreveti görüntüsü vermək üçün onu boyada bişirirlər. Bəzən boyanı gücləndirmək və qalıcı etmək məqsədilə krevetlər natrium turşusunda isladılır. Yeri gəlmişkən, natrium turşusu həm də məhsulun çəkisini artırır.

 

Bir sıra hallarda isə krevetlər açıq havada zəmiyə sərilir 5 gün qurudulur. Daha sonra qablaşdırılmaya göndərilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs