news Image
2016.06.29
23:00
| A A A
Sakitliyin rəngini tanıyın

Alimlərin araşdırmaları mavi rəngin insana sakitlik bəxş etdiyini dəfələrlə sübüt etmişlər. Sübüt olunmuşdur ki, mavi rəng arterial təzyiqi aşağı salır, ürək döyüntülərini azaldır, gərginliyi aradan qaldırır. Maraqlı bir fakt da aşkar edilmişdir. Hər il yer kürəsi əhalisi arasında aparılan sorğuların nəticələrinə görə əksər insanların xoşladığı rəng mavi rəngin olduğu məlum olmuşdur.

Movqe.az  bildirir ki, bəlkə də insanları dəniz sahilinə meyl etdirən dənizin mavi olmasıdır.

İnsanlar dəniz sahilinə istirahət etmək üçün gedirlər. Dənizin mənzərəsi milyonlarla adamı özünə valeh edir. Təbiətin insanlara bəxş etdiyi bu mavi gözəllik insan beyninin ən əlçatmaz nöqtələrini riqqətə gətirir, insanın ruhunu təzələyir və emosiyalarına harmoniya qatır. Bir sözlə dənizin mavi rəngi insana özünü xoşbəxt hiss etdirir.

Əgər öz fikirlərinizlə tək qalmaq istəyirsinizsə dəniz mənzərəsi seyr edin. Dalğaların şırıltısına qulqa asın. Çünki  su səsi insanın əsəblərini sakitləşdirir.

Su həyatdır. Çalışın həyatınızdan zövq alın!/milli.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs