Əlaqə Arxiv
news Image
2016.07.02
14:30
| A A A
Kraliça onlareı xatırladı - FOTO

Britaniya kraliçası 2-ci Yelizaveta və onun əri, şahzadə Filipp dünən Vestminster abbatlığına yollanaraq Somm döyüşünün qurbanlarının xatirəsinə həsr olunmuş anım ibadətinə qatılıblar.

Kraliçanın nəvəsi, şahzadə Uilyam və xanımı, Kembric  hersoginyası Ketrin Middlton ilə şahzadə Harri isə Fransaya, Somm şəhərində keçirilən xatirə mərasiminə yollanıblar.

Movqe.az The Guardian-a istinadən bildirir ki, 1916-cı ilin iyulun 1-də Fransanın Somm çayının sahilində başlayan, tarixə "Battle of the Somme" kimi düşən bu döyüşdə 1 milyondan artıq hərbçi həlak olmuş və yaralanmışdı. Somm döyüşü bəşər tarixinin ən qanlı döyüşlərindən biri sayılır.

Somm döyüşündə 1916-cı ilin sentyabrın 15-də dünya tarixində ilk dəfə olaraq britaniyalılar tanklardan istifadə etmişdilər.

Döyüşdə almanlar ağır itkilər verdiklərindən Sommda aylarla davam edən qanlı qarşıdurma Almaniyanın 1-ci Dünya Müharibəsində məğlubiyyətinin əsasını qoydu.

Somm çayının sağ sahilində Britaniya və Fransa qoşunları, sol sahildə isə Almaniya ordusu idi. Döyüşə toplam olaraq 100 diviziya qatılmışdı.

Eyni zamanda bu döyüş Britaniya ordusu üçün ən ağır itkilərin verildiyi döyüşdür. Sadəcə, Sommdakı "Thiepval Memorial"da  Britaniya və Cənubi Afrikadan 72246  əsgər dəfn olunub. Onların 20 min nəfəri döyüşün ilk günündə həlak olmuşdu. Fransanın şimalındakı Sommda döyüş 4 ay davam etmişdi.

Kraliça 2-ci Yelizaveta və onun əri, Edinburq hersoqu Filippin qatıldığı ibadət mərasimində Britaniyanın baş naziri Devid Kemeron və xanımı, Leyborist Partiyasının lideri Ceremi Korbin, müdafiə naziri Maykl Fellon və başqaları vardı.

Sizin Reklam Yeriniz