Əlaqə Arxiv
news Image
2018.11.10
09:00
| A A A
Əməliyyat keçirən qızın çənəsindəki inanılmaz DƏYİŞİKLİK - FOTOLAR

Britaniyalı Elli Cons nadir patologiya ilə dünyaya gəlib.

Movqe.az  xəbər verir ki, bu səbəbdən çənəsi 8 yaşından sonra inkişafdan dayanıb. Qızın valideynləri övladlarının yalnız 14 yaşı tamam olanda narahat olmağa başlayıb. Qızın dişləri əyri, çənə nahiyyəsi isə kiçik olub. Valideynləri Ellini ortodontun yanına aparıblar. Həkim problemin göründüyündən daha ciddi olduğunu söyləyib.

Nəticədə Elli yaxın 6 il ərzində çənə-üz cərrahı Emma Vullinin pasientinə çevrilib. Cərrah qızın nəinki xarici görünüşünü, hətta xarakterini də dəyişib.

Ellinin çənə nahiyyəsi inkişafdan geri qaldığından 16 yaşı olarkən ilk əməliyyata məruz qalıb. Rentgen şəklinə baxaraq fərqi hiss edə bilərsiniz.

Əməliyyat keçirən qızın çənəsindəki inanılmaz DƏYİŞİKLİK - FOTOLAR

Əlbəttə ki, məktəbli qız üçün bütün bunlar ağır idi: "Çox ağrılı idi. Bütün ay boyunca qidanı yalnız maye halında qəbul edirdim və ümumiyyətlə danışa bilmirdim. Müraciət etmək lazım gələndə bloknotda yazırdım",- deyə Elli söyləyib.

Əməliyyat keçirən qızın çənəsindəki inanılmaz DƏYİŞİKLİK - FOTOLAR

Hər şey uğurla başa çatdıqdan sonra Elli və valideynləri nəticədən heyran olmuşdu.

Əməliyyat keçirən qızın çənəsindəki inanılmaz DƏYİŞİKLİK - FOTOLAR

Qızın üzü özünün xoşuna gəlir, nəhayət ki, utancaqlıq hissini arxada qoyub və məmnuniyyətlə rəqslə məşğul olur. Elli insanların həyatında baş verən belə mühüm və həyəcanlı dəyişiklikləri qeydə almaq üçün fotoqraf olmaq istəyir./interaztv/

Əməliyyat keçirən qızın çənəsindəki inanılmaz DƏYİŞİKLİK - FOTOLAR

 

Sizin Reklam Yeriniz