Əlaqə Arxiv
news Image
2017.03.29
20:40
| A A A
Yaza doğru depressiyaya düşmüş ola bilərsiniz

Movqe.az  immunitet.az-a istinadən bildirir ki, insan əvvəllər zövq aldığı şeylərdən artıq zövq almır, həyatdan soyuyur.

 

* Depressiyada olan şəxs hər şeydən çox tez yorulur, uzanıb yatmağa bəhanə axtarır.

* Ətrafdakı hər işə qarşı istəksiz olur.

* Bütün problemləri gözündə böyüdür, hər şeydən qorxur.

* Cinsi həvəsi olmur, cinsi əlaqə zamanı orqazm yaşamır.

* Depressiya xəstələrində yuxu pozğunluqları olur. Yuxuya getməkdə çətinlik çəkir.

* Hər şeydən küsür və hər şeyi özünə dərd edir.

* Qorxulu yuxular görür və qorxub oyanır.

* Depressiya xəstələri hövsələsiz, dözümsüz, əsəbi olur.

* Depressiya xəstələri həddindən artıq kökələ və ya arıqlaya bilirlər.

* Belə xəstələr yaddaşsız olurlar.

* Depressiyalı xəstələr həyatda heç nədən razı qalmırlar.

* Depressiyada olan adamlar heç nəyə sevinmirlər. Onların həyata olan sevgisi ölür.

* Belə xəstələr daima əllərində olanları itirmək qorxusu ilə yaşayırlar.

* Depressiya xəstələri özlərinə qarşı diqqətli olmurlar, geyimlərinə, saçlarına diqqət yetirmirlər.

* Onlarda digər ölkəyə getmək həvəsi olur.

* Hər şeydən şübhələnir və qısqanc olurlar.

* Hər şeyin ən pisini fikirləşirlər.

* İntihara meyilli olurlar.

Sizin Reklam Yeriniz