Əlaqə Arxiv
news Image
2019.04.04
12:59
| A A A
Goranboyda son tunc-erkən dəmir dövrünə aid nekropolda maddi mədəniyyət nümunələri tapılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.

Ekspedisiyanın rəhbəri AZƏRTAC--ın müxbiri ilə söhbətində bildirib ki, mart ayında Goranboy rayonu ərazisində başlanan arxeoloji tədqiqat işləri uğurla davam edir. Tədqiqatlar Qarasu dərəsi nekropolunda aparılır. Nekropol Goranboy rayonunun Səfikürd kəndi ərazisində Qarasu dərəsinin sağ sahilində yerləşir. Son tunc-erkən dəmir dövrünə aid nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı zəngin maddi mədəniyyət nümunələri aşkar edilib. Böyük ölçülü qəbirlərdən birinin şimal-cənub istiqamətində uzunluğu 3 metr 30 santımetr, eni 2 metrdir. Qəbirdən bir ədəd böyük küp, 3 ədəd orta həcmli küp və bardaq, metal əşyalar və çoxsaylı bəzək nümunələri aşkar olunub. Bardaq qara rəngli olub, çox zövqlə hazırlanmış üzəri ağ xüsusi maddə ilə inkrustasiya edilib. Tunc və dəmirdən hazırlanan məişət əşyalarına bıçaqları və iynəni, bəzək əşyalarına isə tunc və müxtəlif minerallardan hazırlanan qolbaqları, asma bəzəkləri, muncuqları və s. aid edə bilərik. Qəbirin içərisinin kül qarışıq torpaq layından ibarət olmasına və insan skeletinə rast gəlinməməsinə əsasən burada kremasiya - ölü yandırma adətinin icra olunduğu ehtimal edilir. Qəbirdən götürülən yanmış sümük qalıqları üzərində aparılan araşdırmadan sonra qəti fikir söyləmək mümkün olacağını güman edirik.

Ekspedisiya, həmçinin Goranboy rayonu ərazisində yeni kurqanlar qeydə alaraq rayon ərazisində mövcud olan abidələrin siyahısına daxil edib.Movqe

Sizin Reklam Yeriniz