news Image
2019.05.09
13:20
| A A A
Arif Məlikov I Fəxri xiyabanda dəfn ediləcək
Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov I Fəxri xiyabanda dəfn ediləcək.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

O bildirib ki, hazırda dəfn mərasimi ilə bağlı hazırlıq işləri görülür: "Mərhum Arif Məlikovla bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra mərhum bəstəkar dəfn olunacaq".

Qeyd edək ki, Arif Məlikov 85 yaşında dünyasını dəyişib.