Əlaqə Arxiv
news Image
2014.09.23
18:59
| A A A
Avstriyada Azərbaycan mədəniyyət günləri keçiriləcək
Sentyabrın 23-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, Avropanın mədəniyyət paytaxtları müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridl ilə görüşüb.
Movqe.az AzərTac-a istinadən məlumat verir ki, Ə.Vəliyev qonağa Azərbaycan ilə Avstriya arasında mövcud mədəni əlaqələrindən söz açıb.
Görüşdə 2015-ci ilin oktyabrında Avstriyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi müzakirə olunub.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Norbert Ridl bildirib ki, ötən müddətdə iki ölkə arasında keçirilən mədəniyyət tədbirlərinin iştirakçısı olub və həmin anları çox gözəl xatırlayır. O, Heydər Əliyev Fondunun ikitərəfli mədəni əlaqələrin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Bugünkü əməkdaşlığın səviyyəsindən razılığını bildirən qonaq gələn ilin oktyabrında Avstriyada keçirilməsi planlaşdırılan Azərbaycan mədəniyyəti günlərindən danışıb. Qeyd edib ki, mədəniyyət günləri çərçivəsində Azərbaycan musiqisinin, miniatür kitablarının, folklorunun, turizm potensialının təqdimatı, foto və rəsm sərgilərinin təşkili, bu tədbirlərin təkcə Vyanada deyil, eyni zamanda paytaxta yaxın olan müxtəlif şəhərlərdə keçirilməsi müsbət hadisə olardı. Mədəniyyət günləri çərçivəsində Azərbaycan filmlərinin nümayiş etdirilməsi də Avstriya tamaşaçıları tərəfindən maraqla qarşılanardı.
Qonaq hələ bir neçə gün Bakıda qalacağını, paytaxtımızın mədəniyyət müəssisələri ilə yaxından tanış olacağını bildirib.
Sizin Reklam Yeriniz