news Image
2012.10.05
13:24
| A A A
İşğal olunmuş ərazilərində abidələrin dağıdılması ilə bağlı hesabat hazırlanır
"Azərbaycan xalqı müxtəlif dini konfessiyaların, o cümlədən ermənilərin dini abidələrinə tolerantlıq dəyərləri əsasında yanaşır".

APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Bakıdakı erməni kilsəsinin qorunması məsələsinə münasibət bildirərkən deyib.

E. İskəndərov bildirib ki, Ermənistanda bundan fərqli olaraq, Azərbaycan xalqına məxsus tarixi və islam abidələri dağıdılır: "Dövlət Komitəsi Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində islam abidələrinin dağıdılması ilə bağlı hesabat hazırlayır, hesabat yaxın vaxtlarda beynəlxalq ictimaiyyətə təqdim ediləcək".

O, Qarabağın erməni torpaqları olduğu barədə iddialarının əsassızlığını sübut edən bir məqama da toxunub: "Eçmiədzin kilsəsinin ilk sənədlərində Dağlıq Qarabağda şöbəsinin olduğu əksini tapmayıb. Yalnız 19-cu əsrin ortalarında Qarabağdakı alban kilsəsi xüsusi göstərişlə ermənilərin ixtiyarına verilib. Ermənilər alban kilsələrindəki arxivi vəhşicəsinə məhv ediblər. Ancaq tarixi silək olmaz. Bir müddət əvvəl Misirdə alban kilsələri ilə bağlı yazılı sənəd tapılıb. Biz bu faktları da beynəlxalq ictimaiyyətə təqdim edəcəyik".