news Image
2012.05.03
18:41
| A A A
Mətbuat Şurasında Ümumdünya Mətbuat Azadlığı günü qeyd olundu
Vüqar Səfərli: “Jurnalistlər üçün tikilən binanın 10 mərtəbəsi artıq hazırdı”

Movqe.az xəbər verir ki, Bu gün Mətbuat Şurasında Ümumdünya Söz və Mətbuat Azadlığı günü münasibətilə konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu günün tarixindən danışdı. Söz və Mətbuat Azadlığı gününün bütün dünyada qeyd edildiyini bildirən natiq son 10 ildə dünya ölkələri üzrə 800-ə yaxın jurnalist öldürüldüyünü söyləydi. U.Rəhimoğlu jurnalistlərin ən çox öldürüldüyü ölkələrin İraq, Honduras, Meksika və s. kimi ölkələr olduğunu söyləydi: "Bu ilin son 3 ayında 35 jurnalist dünyasını dəyişib ki, ötən ilin son altı ayı ilə müqayisədə çox fərqli göstəricidir."

O, XX əsrin sonlarında SSRİ-nin süqutu ilə soyuq müharibəyə də son qoyulduğunu vurğulayaraq, bildirdi ki, həmin vaxtlarda Şərqlə Qərbin arasında dialoqun möhkəmləndirilməsi vacib şərtlərdən biri sayılıb. Onun sözlərinə görə, bu səbəbdən 1990-cı ildə Şərq və Qərb jurnalistlərinin iştirakı ilə Parisdə tədbir keçirilib: "Bu tədbirdən sonra YUNESKO-nun xətti ilə bir sıra ölkələrdə bu tipli seminarlar keçirib. İlk belə seminar isə 1991-ci ildə Namibiyada Afrika jurnalistləri üçün olub. Afrika jurnalistlərinin azadlığına həsr olunmuş seminarın sonunda bəyannamə qəbul olunub. Bəyannamədə mətbuat azadlığı, senzuranın ləğv olunması, jurnalistlərə informasiya əldə etməsi üçün şəraitin yaradılması, həbsdəki jurnalistlərin azad olunması və digər məsələlər öz əksini tapıb. Bununla yanaşı, YUNESKO BMT qarşısında məsələ qaldırıb ki, 3 may ümumdünya mətbuat azadlığı günü kimi qeyd edilsin. 1992-ci ildə BMT Baş Assambleyası bu barədə qərar qəbul edib. Həmin andan etibarən də 3 may bütün dünyada mətbuat azadlığı günü kimi qeyd olunur.

Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi Fond tərəfindən jurnalistlərin peşəkarlığının artırılması üçün çoxlu treninqlər, yazı müsabiqələrinin keçirildiyini, qəzet redaksiyalarına maddi yardımların ayrıldığını bildirdi. Əlavə etdi ki, dünyanın heç bir ölkəsində jurnalistlərə ev tikilmir, amma Azərbaycan dövləti bunu edir: "Artıq jurnalistlər üçün binanın 10 mərtəbəsi tikilib hazırdı. Mənzillərin verilmə şərtləri açıqlanacaq. Hər bir jurnalist fonda ayrı-ayrılıqda müraciət etməlidilər".

MHN-nin rəhbəri Müşfiq ələsgərli isə son illərdə jurnalistlərə qarşı artan zorakılıqlardan danışdı. " son 15 ildə 1300 jurnalist öldürülüb. Xeyli problemlər mövcuddur və onları aradan qaldırmaq üçün təşəbbüslər var"


Tural QABILOĞLU


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs