news Image
2012.04.03
19:33
| A A A
İtaliya xalqı şokdadır
Ölkə iqtisadiyyatı böhranın 2-ci mərhələsinə qədəm qoyub İtaliyada maliyyə durumunun acınacaqlı hala gəlməsi insanları qəti ölçülər götürməyə vadar edir. Artıq bir neçə gün ərzində ölkədəki maliyyə vəziyyəti ilə əlaqədar 2 nəfər özünü yandıraraq intihar etməyə çalışıb. Maaşı aylardır verilməyən 27 yaşlı gənc Verona şəhər icra hakimiyyəti binası önündə özünü benzinlə oda verib. Əslən mərakeşli gənc kəskin dəri yanıqları ilə xəstəxanaya sağ daxil olsa da, həkimlər onun sağ qalmaq şansının çox az olduğunu deyir. Digər odlu intihar hadisəsi Bolonya şəhərində yaşanıb. Vergilər orqanları ilə problemi olan 58 yaşlı italiyalı avtomobilində özünü yandırıb. Hazırda onun klinik xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir.

İtaliyada ölkə iqtisadiyyatı böhranın 2-ci mərhələsinə qədəm qoyub. İtaliya əhalisinin, o cümlədən gənclərin işsizlik səviyyəsi yüksək olan Avropanın əsas ölkələrindən birinə çevrilir.

Srağagün İtaliyada yanacaq qiymətləri rekord göstəriciyə qalxıb. Yanacaq doldurma məntəqələrində satılan benzinin litrinin qiyməti 2 dollar 52 senti ötüb. Buna Mario Monti hökumətinin yürütdüyü vergi artımı siyasəti təsir göstərib. Sürücülər əsas günahın yanacağı satan şirkətlərdə deyil, hökumətdə olduğunu hesab edir və qiymətlərin süni yolla dövlət tərəfindən artırıldığını iddia edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs