news Image
2012.05.18
20:00
| A A A
Bir gündə 63 qəzetə sahib oldu

ABŞ və dünyanın ən məşhur, ən zəngin iş adamlarından biri, tanınmış investor Uerrn Baffet indi də qəzet maqnatı olmaq fikrindədir

"Milliyet" bildirir ki, 81 yaşlı Baffet 142 milyon dollar verərək 63 qəzetə yiyələnib.

"Qəzetlərin sonu çatıb" deyildiyi bir vaxtda Baffetin ABŞ-ın cənub ştatlarındakı 63 qəzetə yiyələnməsi məşhur investorun gözlənilməz addımı kimi dəyərləndirilir.

Lakin Baffet belə düşünmür.

"Satın aldığım qəzetlər Birləşmiş Ştatların cənubundakı yerli, kiçik media orqanlarıdır. Sosial münasibətlərin hələ pozulmadığı, insanların bir-biri ilə əlaqələrinin sıx olduğu şəhər və qəsəbələrdə yerli qəzetlər hələ də böyük təsir gücünə malikdir. Qəzetlərin yaxşı gələcəyə malik olduğunu düşünürəm", - Baffet deyib.

Uorren Baffetin 44 milyard dollar varidatı var.