news Image
2012.05.30
13:05
| A A A
Azərbaycan qonşu ölkələrdən su yataqları ala bilər
Vüqar Bayramov: “Dağıstandan şirin su yataqlarının alınması ideyası müsbətdir” Ənvər Əliyev: “Bakı şəhərinə gələcək əhalinin su ilə təminatında heç bir problem olamamağı üçün layihə hazırlanır”

Dünyanın bir neçə ölkəsində qonşu dövlətlərdən şirin su yataqlarını alaraq istifadə edilməsi praktikası mövcuddur. Məsələn, ABŞ, Çin, Hindistan bu təcrübədən geniş istifadə edir. Analoji praktikadan Azərbaycanda da istifadə edilməsi məsələsi tədricən gündəmə gətirilməkdədir.

Çünki ölkəmizin şirin su ehtiyatları elə də böyük deyil. Bununla bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, bütün hallarda həmin yataqların içlənməsi, içməli suyun istehsalı, ölkənin rayonlarına nəqli ilə bağlı xərclərin hesablanmasına ehtiyac var: "Çünki, indiki halda xərclər hesablanmadan bunun iqtisadi baxımdan rentabelli olub-olmamadığını müəyyənləşdirmək mümkün deyil". Amma, ekspert bütün hallarda sözügedən təklifin reallaşdırılmasının kifayət qədər innovativ olmasını da vurğulayır: "Xüsusən də Asiya ölkələri təcrübəsi göstərir ki, bu tip layihələr rentabelli olur. Çünki, bütün hallarda ölkədə içməli suya tələbat var. İçməli su gündəlik tələbatı olan məhsul olduğu üçün onun satış bazarı mənfəətli və rentabellidir".

Ehtiyac yarancağı təqdirdə isə Azərbaycanın qonşu Dağıstandan içməli su mənbələri alması məqbul sayılır. Vüqar Bayramov da hesab edir ki, Dağıstandan şirin su yataqlarının alınması ideyası müsbətdir.

Amma, iqtisadçı bunun özəlliklərinin olduğunu da bildirdi: "Nəzərə almaq lazımdır ki, Dağıstanın yerləşdiyi regionda içməli su bazarı kifayət qədər rəqabətlidir. Digər tərəfdən həm Dağıstanın, həm də qonşu Gürcüstanın istehsal etdiyi mineral sular kifayət qədər rəqabət aparmaq qabiliyyətinə malikdir. Bunların rəqabət aparmaq qabiliyyətinin yüksək olması yeni markaların bazara girməsində problemlər yaradır".

Ekoloq Ənvər Əliyev isə xatırladır ki, biz Rusiya ilə Samur çayında ortağıq: "Sovet dövründə Azərbaycanın, konkret olaraq Bakı şəhərinin Samur - Abşeron kanalının suyundan qidalanması üçün çayın 75 faizi bizə, 25 faizi isə Rusiyaya qalırdı. Ancaq, son dövrün müqavilələri ilə artıq o suyun yarı hissəsi yəni 50 faizi bizə çatır. Ancaq Bakı şəhərinə gələcək əhalinin su ilə təminatında heç bir problem olamamağı üçün layihə hazırlanır. Yəni, mahiyyət ondan ibarətdir ki, Azərbaycan hökuməti qabaqlayıcı tədbir kimi Samur çayından bizə gələn 75 faizin 25 faizini Rusiya kəsdiyinə görə qabalayıcı tədbir kimi bu su qovşağı yaradır.

Bakı şəhərinin içməli su il təchizatı üçün biz bu layihənin gələcəyini nəzərə alaraq, "Taxta körpü" adında Dəvəçi rayonu yaxınlığında Əmiralı çayının vadisində həcmi 186 milyon kubmetr olan körpü tikilib. Körpü bu yaxınlarda istifadəyə veriləcək. Bütün şimal-şərqə axan sular, Dəvəçiyə qədər olan çayların suları yığılmaq şərti ilə həmin göl qidalandırılacaq və nəhəng bir su ehtiyatı yığılacaq. O, sular tamam durulandan sonra, 111. 4 km-lik əksər hissəsi qapalı olan sistemlə Ceyranbatan su anbarına axıdılacaq".

Ekoloq bu layihənin qənaətçil olduğunu ön plana çəkir. O bildirdi ki, enerjiyə qənaət üçün su nasoslarından artıq istifadə olunmayacaq: "Bundan başqa, Samur-Abşeron kanalı ilə Quba-Rusiya sərhəddi (M - 5) kəsişdiyi nöqtələrdə külli miqdarda daxili yanma sistemlərindən ora tullantılar atılırdı. Nəhayət, bundan da bizim suyumuz ekoloji cəhətdən azad olunacaq. Samur - Dəvəçi kanalının suyu təmizləndikdən sonra Samur - Abşeron kanalına qovuşacaq".

Ənvər Əliyev layihənin smeta qiymətinin təxminən 30 milyon manata başa gəldiyini bildirdi.

Son olaraq bildirək ki, hal - hazırda ölkəmizin şirin su ehtiyatlarının 70 - 72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Mübariz Bayramov

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs