Əlaqə Arxiv
news Image
2012.04.06
13:43
| A A A
"Sarkozi pul hədiyyələri haqda susur"
Fransa prezidenti aldığı pul haqda danışmaqdan imtina edir

Ötən gün Paris prokuroru mətbuata silahlı qruplaşma ilə bağlı açıqlama verib. Tageszeitung dərgisi yazır ki, prokuror axtarışlar zamanı qadağan olunmuş "Forsan Aliza" ("Qürurun rıçaqları") təşkilatı ilə əlbir olan şəxslərdən nəinki silah tapıldığını, hətta onların terror planlarını ifşa etdiklərini deyib.  Yazıda qeyd edilir ki, qadağan olunmuş İslamçı qruplaşmanın üzvünə 2011-ci ildə həddi-buluğa çatmayanların seksual xarakterli hərəkətlərə görə cəza kəsilib və bu qərarı verən lionlu yəhudi hakimin oğurlanması təşkil edilə bilər. 

Məqalə müəllifi yazır ki, "Tuluza atışması"ndan sonra tənqidlərə məruz qalmış polis "qorxmuş ictimaiyyətə göstərmək istəyirdi ki, qabaqlayıcı zərbələr endirə bilər". Hüquq-mühafizə orqanlarına sual ondan ibarətdir ki, "düşmən"lərin qisası haqda söhbətlər terror aktına hazırlıq kimi qiymətləndirilə bilərmi?",- deyə müəllif əlavə edir.  "Bu vəziyyət fəaliyyətdə olan prezidentə sərf edir, çünki seçki kampaniyasının sonunda Sarkozi vətəndaşlarını müdafiə edən və islamçı fanatiklərin hədələri ilə mübarizədə amansız olan dövlət başçısı qismində çıxış edə bilər",- deyə müəllif yazır. Onun sözlərinə görə, Sarkozi bu şəkildə rəqibi Marin Le Peni kifayət qədər səsdən məhrum edə bilər.  "Lakin dövlət başçısına 2007-ci ilin seçki kampaniyasında qeyri-leqal maliyyələşmə ilə bağlı heç də xoş olmayan suallar verilir. Qəddafinin milyonlarından sonra söhbət L'Oreal"ın ortaqlarından biri Liliana Betankurun nağd pullarla verdiyi hədiyyələrdən düşüb",- deyə müəllif qeyd edir. Onun sözlərinə görə, Sarkozi etiraf edib ki, 2007-ci ilin fevralında Betankur cütlüyü ilə görüşüb, lakin əvvəl o bu məlumatları təkzib edirdi. Qalanlar haqda danışmaqdan imtina edib.

Sizin Reklam Yeriniz