news Image
2012.07.19
07:28
| A A A
Bakı-Tiflis-Qars yeni dəmir yolu xəttinin tam işə düşməsi yubanır
“Yük dövriyyəsinin tam həyata keçirilməsi 2014-cü ildən baş tutacaq”

Bakı-Tiflis-Qars yeni dəmir yolu xəttinin tam işə düşməsi yubanır. Bunu Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov Bakıda keçirilən Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının IV iclasında bildirib. O qeyd edib ki, dəmir yolu xətti 2014-cü ildə tam gücü ilə işləyəcək. Nazir vurğulayıb ki, layihə tam uğurla həyata keçirilir. "Artıq biz layihə üzrə öz hədəflərimizə çatmışıq. Bu ilin sonuna kimi Türkiyə və Gürcüstan sərhədinə qədər dəmir yolunun tikintisi başa çatdırılacaq. Amma yük dövriyyəsinin tam həyata keçirilməsi 2014-cü ildən baş tutacaq. Layihənin həyata keçirilməsi ilə bağlı iqtisadi cəhətdən heç bir problem yoxdur", - Ziya Məmmədov deyib. Qeyd edək ki, Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti layihəsinin tam olaraq 2013-cü ildə həyata keçəcəyi proqnozlaşdırılırdı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs