news Image
2012.04.11
10:55
| A A A
Qarabağ münaqişəsinin həlli istiqamətində yeni nüanslar yaranıb
“Azərbaycanın on dəfələrlə Ermənistandan güclü olması həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanı sülhə məcbur etməsinə yaxşı kömək göstərəcək”

Azərbaycan qonşu ölkə Ermənistandan 30-40 dəfə çox gücə malik olandan sonra rəsmi İrəvanın rəhbərliyi bundan vahiməyə düşüb kompromisə gələcək. Bunu SalamNews-a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov bildirib. O söyləyib ki, hazırda Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan bir neçə dəfə güclüdür. Amma bu güc nisbəti daha da artmalıdır: "Azərbaycanın on dəfələrlə Ermənistandan güclü olması həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanı sülhə məcbur etməsinə yaxşı kömək göstərəcək. Çünki hazırda Minsk qrupu Ermənistanı sülhə məcbur edə bilmir". Onun fikrincə, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyətində elə böyük dəyişiklik yoxdur. Prinsip etibarilə Ermənistan növbəti danışıqların keçirilməsində maraqlı tərəf kimi çıxış edir. Amma eyni zamanda ermənilər xeyli müddətdir, nəticəsiz danışıqlar taktikasını tədbiqləyirlər. Belə olan təqdirdə ermənilər hər vasitə ilə status-kvonu saxlamaq istəyirlər. Ermənistan tərəfi bununla beynəlxalq ictimaiyyəti aldadaraq özlərini dünyaya sülhsevər dövlət kimi tanıtmağa çalışırlar. E.Nəsirov deyib ki, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara təsir edə biləcək yeni nüanslar yaranmağa başlayıb. Bu, ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiyada, Fransada və ABŞ-da prezidentlər dəyişir: "Son vaxtlar Avropa İttifaqının Minsk qrupunda həmsədr olması ideyası mövcuddur. Yeni nüanslar bu və ya digər dərəcədə Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində aparılan danışıqlar prosesinə yeni çalarlar əlavə edə bilər. Amma prinsip etibarilə ötən 20 ildə aparılan danışıqlarda irəliyə doğru addım atılmayıb. Bunu Azərbaycan prezidenti də dəfələrlə bəyan edib. Sadəcə, bu prosesdə yeganə müsbət cəhət odur ki, nəhayət, ATƏT-in Minsk qrupu həmsədrləri status-kvo vəziyyətinin dəyişməsinin son dərəcə vacib olduğu mövqeyinə gəliblər".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs