news Image
2012.04.11
10:59
| A A A
Ramil Səfərovdan xəbər var
“Oğlumun öz vəziyyətindən hər hansı şikayəti yoxdur”

"Ramil Səfərovun durumundan hər hansı şikayəti yoxdur". Bunu Publika.Az-a açıqlamasında Macarıstanda ömürlük azadlıqdan məhrum edilmiş azərbaycanlı zabit Ramil Səfərovun atası Sahib Səfərov deyib.

Zabitin atası Publika.Az-a bildirib ki, Ramil Səfərovla həftədə bir dəfə telefon bağlantısı yaradırlar: "Oğlumun öz vəziyyətindən hər hansı şikayəti yoxdur. Avropanın mərkəzində həbsxanada digər dustaqlar özünü necə hiss edirlərsə, o da elə hiss edir. Həftədə bir dəfə ya o, zəng edir, ya da biz. Ramil uşaqlıqdan zəhmətə alışqan olub. Bekar qalmağı heç vaxt sevməyib. Hazırda məhbəsdə macar dilindən ana dilimizə əsərlərin tərcüməsi ilə məşğuldur. İndiyə qədər bir neçə tərcümə kitabı işıq üzü görüb". Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı danışıqlar aparıldığını deyən Sahib Səfərovun sözlərinə görə, bu istiqamətdə konkret nəticə yoxdur. Amma onlar ümidlərini itirməyiblər: "Ramil həbsdə olduğu müddətdə anası vəfat etdi. Mənim də ən böyük arzum oğlumu azadlıqda görməkdir. Həm mən, həm Ramilin qohumları, həm də Ramilin özü ümidimizi itirməmişik".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs