news Image
2012.07.23
15:42
| A A A
«Cümə» məscidində hər gün iftar süfrələri təşkil olunub

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayının başlaması ilə bağlı Qafqaz Müsəlmanldarı İdarəsi Qazilər Şurası tərəfindən bir neçə gün əvvəl fətva verilmişdir. Bununla əlaqədar müqəddəs kitabımız olan "Qurani Kərim"in bizə nazil olduğu bu ayın daha geniş və  bütün ayinlərə tam riayət olunmaqla keçirilməsi üçün  hər il olduğu kimibu il də İçəri şəhər "Cümə" məscidində böyük hazırlıq işləri aparılmışdır.

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonundakı İçəri şəhər "Cümə" məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirmişdir ki, "Cümə" məscidinin dövlət tərəfindən əsaslı təmir olunaraq istifadəyə verildikdən sonra məsciddə Ramazan ayı tədbirləri daha geniş şəkildə keçirilir. Ramazana ərəfəsində bir sıra hazırlıq işləri aparılımış, iftar süfrələrinin təşkili, imkansız qardaş və bacılarımızın bura dəvət olunması ilə bağlı tədarük görülmüşdür.

Müsəlmanların orucluğun vacib əməllərindən olan fitrə və zəkatın vaxtında ödəməsi və bununla da imkansızlara dayaq olması, onlara bayram sevinci yaşatması vacibdir. Artıq bir neçə ildir ki, icma üzvlərimizin köməyi ilə ramazan ayı ərzində hər gün məsciddə iftar süfrələri təşkil olunur və bu süfrələrin digər yerlərdə də təşkilinə köməklik göstərilir.

Hacı Surxay bu müqəddəs  ayda bütün müsəlmanların tutduqları oruc, qıldıqları namazların qəbul olunmasını diləyərək, Uca Tanrıdan ölkəmizə sabitlik, əmin-amanlıq, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunmasını arzulamışdır. Qoy Allah ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərindən hər birimizə nəsib etsin, orucumuzu, ibadət və dualarımızı qəbul etsin.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs