news Image
2012.07.31
19:17
| A A A
Azərbaycanda haqqı ödənilməklə əldə edilən informasiyaların siyahısı hazırlanıb

"Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı" təsdiq edilib.

Gün.Az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, "Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı", "İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları", "İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları", "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri" və "Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları" təsdiq edilib.

Yeni qaydaya əsasən aşağıdakılar haqq ödənilməklə göstərilən informasiya xidmətlərinə daxil edilib:

- sorğuçuya artıq müvafiq informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;
- sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda;
- sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda;
- sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs