news Image
2012.07.31
18:19
| A A A
Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində
Zərdabi Mətbuat Mərkəzində keçrilən “dəyirmi masa”da “Bakı xəbər” “Mövqe”, “Yeni Müsavat” qəzetlərinin bu mövzuda analitik yazıların sayına görə digərlərini üstələdiyi məlum oldu

Movqe.Az xəbər verir ki, iyulun 31-də Zərdabi Mətbuat Mərkəzi "Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusunda "dəyirmi masa" keçirib. Azərbaycan Mətbuat Şurasında düzənlənən tədbirdə KİV-lərin rəhbərləri, sahədən jurnalistlər, bank-kredit qurumlarının təmsilçiləri, həmçinin alimlər və mütəxəssislər iştirak ediblər. Tədbiri ZMM-in sədri Rəhim Hüseynzadə açaraq bildirib ki, bu "dəyirmi masa" təşkilatın eyniadlı layihəsi çərçivəsində reallaşdırılır. R.Hüseynzadə layihənin istiqamətlərinə ölkənin 24 aparıcı qəzetinin və 7 informasiya agentliyinin mövzunu necə işıqlandırmalarının monitorinqinin aparılmasının, monitorinqin nəticələri ilə medianın, aidi qurumların və ictimaiyyətin məlumatlandırılmasının, tərəflərin iştirakı ilə "dəyirmi masa"ların keçirilməsinin daxil olduğunu deyib. Sonra o, 4 aylıq monitorinqin nəticələri ilə əlaqədar hesabatı açıqlayıb.

Ümumilikdə qəzetlərə gəldikdə ən çox material təqdim edən "Ekspress" (67), "Bakı xəbər" (65), "Mövqe" (52) ilk üçlüyü tutur. Lakin "Bakı xəbər" (36), "Mövqe" (34), "Yeni Müsavat" (25) qəzetləri analitik yazıların sayına görə digərlərini üstələyirlər. "Zerkalo", "Ekspress", "Bizim yol", "Azadlıq", "Paralel", "Üç nöqtə" qəzetləri isə təqdim olunmuş bu istiqamətli materialların sayına görə sonrakı yerləri tuturlar.

İnformasiya agentliklərində 4 ayın yekununa görə "Trend" 221, "Azəri-Press" (APA) 159, "Salamnyus" 85, "Milli.az" 70, "Azadinform" 50 materialla ilk beşliyi bölüşdürürlər.

Sonra söz "KredAqro" BOKT-nin departament rəhbəri, layihənin ekspreti Zaur Əliyevə verilib. O, bank-kredit sektorunun media və ictimaiyyətlə əlaqələrinin sıxlaşdırılmasına xidmət göstərən layihənin mənsub olduğu qurum tərəfindən dəstəklənməsinin müsbət nəticələrini monitorinqin yekunlaırnda ifadəsini tapdığını söyləyib. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev layihənin xoş niyyətə xidmət göstərdiyini söyləyib. Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında hüququ və bankı media üçün ən qəliz sahələr kimi dəyərləndirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov çıxışında dünyada ilk növbədə iqtisadi prosseslərin izləndiyini misal çəkərək Azərbaycanın kütləvi informasiya vasitələrində bunun tendensiya şəklində nəzərə çarpmadığnı bildirib. "Dünyanın əksər ölkələrində maliyyə ombudsmanları mövcuddur. Mediamız Azərbaycanda da belə bir qurumun yaradılması məsələsini daim diqqətdə saxlamalıdır. İqtisadiyyatdan yazan jurnalistlər üçün kurslar təşkil olunmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs