news Image
2012.08.02
08:20
| A A A
Azərbaycan Xəzəri tam nəzarətə götürür
Cəsur Sümərinli: “Radar stansiyalarının köməyi ilə Azərbaycanın Xəzərdə təhlükəsizliyi kifayət qədər gücləndirilib” Oqtay Sadıqzadə: “Yeni RLS-lərin tikintisi Azərbaycanın Qarabağla bağlı daha əmin mövqedən çıxış etməsinə şərait yaradacaq”

Aydın Mirzəzadə: "Azərbaycan indiyə qədər qonşularının narazılıqlarına şərait yaradan beynəlxalq hüquq pozuntusuna səbəb olan addımlar atmayıb"

Məlumat verildiyi kimi  iki gün öncə ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyada terrorçuluğa qarşı mübarizəyə dair hesabatı açıqlayıb. Hesabatda dünya dövlətlərinin terrorçuluq narkotik qaçaqmalçılığı ilə bağlı gördüyü işlər, atdığı addımlar şərh olunub. Təbii ki, bu hesabatda Azərbaycana da yer verilib. Sənəddə bildirilir ki, Azərbaycan terror təşkilatlarına qarşı aktiv mübarizə aparıb, quru dəniz sərhədlərinin mühafizəsinin təmin olunması üçün tədbirlər görüb.

Azərbaycanla bağlı bənddə deyilir: "Azərbaycan hökuməti potensial bioterrorizm təhlükəsinin qarşısını almaq məqsədilə tədqiqatlar aparmağa imkan verən mərkəzi laboratoriyanın modernləşdirilməsini başa çatdırıb. Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması proqramı əsasında hökumət Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyasının quraşdırılmasını öz üzərinə öhdəlik olaraq götürüb. Bustansiyalar hərbi-dəniz donanması, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən dəniz kəşfiyyatının aparılması qaçaqmal təhlükəsinin aşkarlanması məqsədilə istifadə olunacaq. Bundan başqa Dövlət Sərhəd Xidməti Gəncə aeroportunun təmiri zamanı yeni portal monitorlar quraşdırıb".

Nəzərə alsaq ki, Xəzərin statusu hələ dəqiqləşdirilməyib burada Rusiya, İran Türkmənistanın mənafeləri Azərbaycanla toqquşur, ozaman rəsmi Bakının mühafizə məsələsində atdığı addımlar şübhəsiz ki, birmənalı qarşılanmayacaq.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli məsələni belə şərh eidr: "Xatırladım ki, 2005 - 2006- illərdə ABŞ-laAzərbaycan arasında imzalanmış planına əsasən, Amerika Azərbaycanın Xəzər sahilllərində radar stansiyalarının quraşdırılmasına dəstək verib. Budövrdə Astarada Xızıda belə stansiyanın quraşdırılması Rusiya İran tərəfindən münasibətlərdə gərginliyə gətirib çıxarıb. Lakin bu dövr arxada qalıb.

Ümumilikdə isə, Amerikanın dəstəyinin əsas hədəfləri bəlli idi: terrorizmə qarşı mübarizə, qanunsuz daşınmaların qarşısını almaq".

Xəzərdə kütləvi qırğın silahlarının qanunsuz daşınması ilə bağlı məsələyə gəlincə cənab Sümərinli güman edir ki, bubaxımdan Azərbaycanın təhlükəsizliyi təmin olunacaq: "Belə bir informasiyalar var idi ki, Xəzər dənizi vasitəsiylə Rusiya İran arasında nüvə silahlarına aid qanunsuz daşınması halları mövcuddur. Bubaxımdan bu həm Azərbaycanın, həm Qərbin marağında idi ki, Xəzərdə qanunsuz daşınmaların qarşısı alınsın. Azərbaycana dəstək verildi stansiya quraşdırıldı. Eyni zamanda Azərbaycan üzərinə öhdəlik götürdü ki, radar stansiyaları Xəzər dənizi boyunca quraşdırılmağa davam edəcək.

Hələ 3 ilbundan əvvəl informasiya var idi ki, buprosesə başlanılıb. İndi olan məlumata görə, radar stansiyalarının əksəriyyəti artıq quraşdırılıb. Azərbaycan artıq Xəzərdə olan proseslərə tam olaraq nəzarət edir. Radar stansiyalarının köməyi ilə Azərbaycanın Xəzərdə təhlükəsizliyi kifayət qədər gücləndirilib. Hesab edirəm ki prosesin davamı lazımdır. Buproses həm Azərbaycanın milli təklükəsizlik maraqlarını regionda sabitlik görmək istəyən Qərbin - Amerikanın, Avropanın maraqlarına uyğundur. Çünki bu proses qərb üçün lazım olan enerji infrastrukturunun mühafizəsini özündə birləşdirir" .

"Amerika bu stansiyalara nəzarət edə bilərmi?" sualına cavabında mərkəz rəhbəri bildirdi: "Əvvəllər informasiyalar gedirdi ki, bu staniyaları Amerika tikib. Amma Amerika sadəcə, dəstək verib. Azərbaycanın hərbi dəniz qüvvələri eyni zamanda dövlət sərhəd xidmətinin sahil mühafizəsi bu sistemlərdən istifadə edərək döyüş imkanlarını artırıblar. Stansiyaların qarşısında duran əsas məqsəd qanunsuz daşınmalar, terrorizmlə  mübarizə sairdir. Nəzərə almalıyıq ki, Azərbaycan beynəlxalq müqavilə üzrə Qərbdəki tərəfdaşları ilə informasiyaların bölüşdürülməsi öhdəliyini götürüb. Bu, normal prosesdir Azərbaycan milli təhlükəsizlik maraqlarına uyğundur. Adicə təhlükəli proseslər gedəcəyi halda Azərbaycan radar stansiyalardan əldə etdiyi informasiyaları Qərbdə olan tərəfdaşları ilə bölüşdürə bilər. Oda aydındır ki, məsələnin bucür qoyuluşu belə bir proses baş verəcəyi halda bu, İran-Azərbaycan münasibətlərində yeni ziddiyyətlərə gətirib çıxara bilər. Buziddiyyətlər həmişə olub".

Politoloq Oqtay Sadıqzadə hesab edir ki, bunöv müdafiə tədbirləri Xəzər dənizində geosiyasi beynəlxalq gərginliyin artması kimi izah edilməlidir: "Ümumiyyətlə, bu addımları Qafqaz regionunda həm İran, həm Qəbələ RLS-nin amilləri ilə bağlayıram. Regionun digər dövlətlərinin rəsmi Bakının bu niyyətinə münasibəti məsələsinə qaldıqda, biz müstəqil dövlətik. Ancaq biz onu nəzərə almalıyıq ki, İran amili gündən-günə artır. Beynəlxalq gərginliyin pik nöqtəsindədir. Suriya məsələsində Şərqin əsas hədəfi İrandır. Digər tərəfdən bilirsiz ki, Türkmənistanla Xəzər dənizində mübahisəli yataqlarımız var. Bütün bunlar bizim sərhəddə təhlükəsizliyi yaxşılaşdırmağımız üçün əsas verir" .

Politoloqun təbirincə, yeni RLS-lərin tikintisi Azərbaycanın Qarabağla bağlı daha əmin mövqedən çıxış etməsinə şərait yaradacaq: "Azərbaycanın müdafiə doktrinası mövcuddur, onun müvafiq bəndlərinə uyğun olaraq Azərbaycanın müasir RLS malik olması vaxtı çoxdan gəlib çatıb. Belə yeni komponentin Azərbaycan milli ordusunun sərəncamına verilməsi birmənalı şəkildə Azərbaycanın Qarabağ istiqamətindəki daha əminliklə bir mövqedən çıxış etməsinə şərait yaradacaq. Rəsmi dairələrə ciddi mesaj rolunu oynayacaq. Qarabağ probleminin Azərbaycan dövlətinin bütövlüyü çərçivəsində həlli istiqamətində bir komponent kimi öz tövfəsini verəcək" .

Milli Məclisin Təhlükəsizlik Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə ABŞ Dövlət Departamentinin belə bir açıqlama yaymağından xəbərsiz olduğunu bildirdi: "Azərbaycanın terrorizmə qarşı mübarizəsini təkcə ABŞ deyil, başqa dövlətlər müsbət qarşılayır. Çünki Azərbaycan özü terrora məruz qalan ölkədir. Onun ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Dəfələrlə Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində terror aktları törədilib. Bubaxımdan Azərbaycan terrorun olduğunu bilir. Digər tərəfdən insan həyatını qorumaq üçün müxtəlif vasitələrdən istifadə edilir. Ölkə sərhədlərinin möhkəmləndirilməsi, daxili təhlükəsizlik sisteminin maksimum qurulması da bu qəbildəndir. Qaldı dediyiniz məsələyə! Mən bu məlumatı sizdən eşidirəm. Əgər Azərbaycan bunu öz öhdəsinə götürübsə, yerinə yetirəcək, yəni insan həyatının qorunması üçün Azərbaycan maksimum səylər göstərir göstərəcək".

Qurulacaq yeddi radiolakasiya stansiyasının qonşu ölkələrlə münasibətlərə hansı təsir göstərməyi ilə bağlı məsələyə gəlincə, müsahibimiz hesab edir ki, rəsmi Bakı hər bir addımını əvvəlcədən ölçüb-biçdiyi üçün heç bir problem olmayacaq: "Azərbaycan indiyə qədər qonşularının narazılıqlarına şərait yaradan beynəlxalq hüquq pozuntusuna səbəb olan addımlar atmayıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs