“Transxəzər” reallaşmağa başlayır
“Bu kimi layihələr Azərbaycanın, Türkmənistanın və Avropanın xeyri üçün həyata keçirilir”
"Avropa Birliyinin "Cənub dəhlizi" layihəsi ilə bağlı mövqeyi
dəyişməyib. Biz əvvəlki kimi bu layihəni ən qısa müddətdə,
ləngimədən reallaşdırmaq istərdik". Bu açıqlamanı jurnalistlərə
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir
Roland Kobia verib. Türkiyə ilə Azərbaycan arasında ötən ay TANAR
layihəsi üzrə nəzərdə tutulan imzalanmanın təxirə salınması ilə
bağlı sualı cavablandıran Kobia bildirib ki, Avropa Birliyi qitəyə
qaz nəql edəcək istənilən enerji layihələrini dəstəkləyir: "O ki
qaldı, TANAR layihəsinə eşitdiyimizə görə, bununla bağlı saziş
hələlik imzalanmayıb, lakin ümid edirik ki, bu layihə ilə bağlı ən
yaxşı qərar tapılacaq. TANAR-ın Avropaya qaz nəqlini təmin edəcək
xüsusiləşdirilmiş infrastruktur olması bizim üçün çox vacibdir.
İkincisi bu layihəni Azərbaycan gələcəkdə daha böyük həcmdə qaz
satmağa başladıqda, Türkmənistan Azərbaycan və Türkiyə vasitəsilə
Avropaya qaz nəql etdikdə inkişaf etdirmək də olar. Bu, həm
Azərbaycana, həm Avropaya sərf edən boru kəməridir. Biz, Avropa
bazarları və ARDNŞ ümumi məqsədləri bölüşürük".
Səfir qeyd edib ki, hansı layihəni reallaşdırmağı tərəflər müəyyənləşdirməlidir: "Burada kommersiya məsələləri də var. Avropa Birliyi bu məsələlərə müdaxilə etmək niyyətində deyil". "Transxəzər" boru kəmərinin reallaşmasının hüquqi bazasına dair müzakirələri şərh edən Roland Kobia bildirib ki, danışıqlar davam edir: "Bu, normaldır, çünki müəyyən vaxt lazımdır. Sonuncu raund bir neçə həftə əvvəl keçirilib və müəyyən irəliləyişlərə nail olunub. Danışıqların növbəti raundu yaxın həftələr ərzində Brüssel və ya Vyanada keçiriləcək. Biz danışıqlarda həm Azərbaycan, həm Türkmənistanın iştirakını alqışlayırıq. "Transxəzər" boru kəmərin Azərbaycanla Türkmənistan arasında ikitərəfli məsələ olduğunu və bu kəmərin tikintisini heç bir hüquqi və ekoloji problem yaratmayacağına dair ARDNŞ-in açıqlamasını alqışlayırıq. Düşünürük ki, bu layihə iki ölkəyə aid məsələdir və heç kim bu məsələyə qarışmalı deyil. Artıq Xəzərdə minlərlə kilometr boru kəmərləri var, düşünmürük ki, "Transxəzər" boru kəməri Xəzərin ekologiyasına ciddi təsir edəcək". Səfir qeyd edib ki, heç bir layihə digərinə qarşı çevrilməyib: "Bu kimi layihələr Azərbaycanın, Türkmənistanın və Avropanın xeyri üçün həyata keçirilir".