Əlaqə Arxiv
news Image
2012.04.12
13:04
| A A A
Narkotik asılılığının müalicəsi ilə bağlı yeni metodlar tətbiq edilməlidir
“Ölkədə hansı sahədə narkomaniya daha geniş yayılıbsa, müəyyənləşdirilməlidir” Narkomaniyanın qarşısının alınması üçün Azərbaycanda mükəmməl hüquqi baza mövcuddur. Bunu SalamNews-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, Milli Məclisdə ölkədə narkomaniya ilə bağlı bir neçə qanun qəbul edilib. Bununla bağlı ölkədə dövlət proqramları mövcuddur. Hazırda Səhiyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Təhsil nazirlikləri və digər əlaqədar qurumlar qanun çərçivəsində üzərinə düşən işi yerinə yetirirlər. M.Quliyev deyib: "Hazırda bu qurumlar ölkədə narkomaniyanın qarşısının alınması üçün profilaktik tədbirləri daha da gücləndirməli, monitorinqlərin sayını artırmalıdırlar. Ölkədə hansı sahədə narkomaniya daha geniş yayılıbsa, müəyyənləşdirilməlidir. Həmçinin Azərbaycanda narkotik asılılığının müalicəsi ilə bağlı yeni metodlar tətbiq edilməlidir".

Sizin Reklam Yeriniz