news Image
2012.09.19
17:04
| A A A
Gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək verilir

Movqe.Az xəbər verir ki, son illər ölkəmizdə gənclər təşkilatlarının inkişafı, onların həyata keçirdiyi fəaliyyətlərdəki yeni təşəbbüskarlıq artıq həmin təşkilatların regional və beynəlxalq əlaqələrinin inkişafı zərurətini meydana gətirib.

Bu məqsədlə Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni layihənin icrasına başladı. "Gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək" adlanan layihə Azərbaycanda gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarının artırılması üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.

"Azərbaycan gəncliyi 2011-2015" Dövlət Proqramının 6.8-ci bəndinə ("Gənclərin beynəlxalq əməkdaşlığı") uyğun olaraq həyata keçirilən layihə çərçivəsində gənclər təşkilatları üçün təlim proqramlarının, məsləhət saatlarının və ekspertlərlə görüşlərin keçirilməsi planlaşdırılıb.       Mərkəz tərəfindən gənclər üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti, mövcud imkanlar, beynəlxalq əlaqələrin qurulması yolları, Avropa gənclər proqramları və onlarda iştirak qaydaları, digər beynəlxalq tədbirlərin əhəmiyyəti və iştirak qaydaları, beynəlxalq gənclər təsisatları, gənclərin beynəlxalq layihə və proqramları və s. mövzularda məlumatlandırıcı proqramlar təşkil ediləcək. Layihə Bakı şəhəri və bir neçə Gənclər Evi yerləşən iri rayonlarda həyata keçiriləcək

Qeyd edək ki, Mərkəz bir neçə beynəlxalq təşkilat və şəbəkədə Azərbaycanı təmsil edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs